“Mardan Palace” otelində oğurluq - FOTOFAKT

7-11-2017, 16:26           

Antalyada azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən 2009-cu ildə 1,4 milyard dollara inşa edilən və 2010-cu ildə “Dünyanın ən lüks oteli” seçilən “Mardan Palace” otelinin hasarları oğurlanıb.

“A24.az”ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, oğurluq hadisəsi gecə saatlarında baş verib və kim tərəfindən oğurlandığı məlum deyil.

2 metr uzunluğunda olan qızıla rəngə boyanmış 7 hasarı tapmaq üçün polis axtarış işlərinə başlayıb.

Son zamanlar otelin qarşısından keçən vətəndaşlar otelin hasarlarının bir-bir yoxa çıxdığını görüb. Maddi çətinliklərin yaşanmasından dolayı təhlükəsizlik xidmətinin olmamasından istifadə edən oğrular gecə saatlarında otelin ətrafına gələrək hasarları oğurladıqları məlum olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru