Azyaşlı qızları hicab bağlamağa məcbur edirlər - DEPUTATDAN HƏYƏCAN DOLU ÇAĞIRIŞ

9-11-2017, 09:04           
Azyaşlı qızları hicab bağlamağa məcbur edirlər - DEPUTATDAN HƏYƏCAN DOLU ÇAĞIRIŞ
“Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarının aldığı maaş ürəkaçan vəziyyətdə deyil. Ona görə yaxşı olardı ki, AMEA əməkdaşlarının məvacibləri də artırılsın”.

Bunu 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin parlamentdə müzakirəsi zamanı deputat Gövhər Baxışəliyeva deyib.

Deputat bildirib ki, büdcə zərfində ötən illə müqayisədə elm sahəsinə nəzərdə tutulan maliyyə vəsaiti xeyli artırılıb.

“Haradasa 4,3 faizlik artım var. AMEA-nın müvafiq institutları beynəlxalq əhəmiyyətli tədbirlər keçirir. Bu tədbirlər üçün də müvafiq maliyyə vəsaiti nəzərdə tutulmalıdır. Məsələn, bu yaxınlarda böyük ziyalımız Ziya Bünyadovla bağlı böyük bir tədbir keçirildi.

Bu tədbirə qonaqların böyük əksəriyyəti öz vəsaitləri hesabına gəlmişdilər. Ancaq bu təbdirə qatılmaq istəyənlərin sayı həddən çox idi. Odur ki, bu cür tədbirlərin keçirilməsi üçün də büdcədən maliyyə vəsaiti ayrılsın”.

Deputat həmçinin qeyd edib ki, bəzi ailələrdə azyaşlı qızlar hicab bağlamağa məcbur edilir.

“Bu çox təhlükəli haldır. Bu məsələyə xüsusi diqqət yetirilməlidir. Ailələrdə azyaşlı qızlara qarşı belə məcburiyyətin kök atmasına imkan verməməliyik”.

//Modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru