Sabiq polis rəisi öldü - əməliyyatdan sonra

9-11-2017, 09:11           

Sabiq polis rəisi əməliyyatdan sonra vəfat edib.

teref.az-nun musavat.com-a istinadən xəbr verir ki, uzun müddət daxili işlər orqanlarında çalışmış Mətləb Rzayev vəfat edib.
Cəlilabad, İsmayıllı, Bərdə, Dəvəçi və digər rayonların polis şöbələrinin rəisi vəzifəsini tutmuş Mətləb Rzayev ürək əməliyyatından sonra dünyasını dəyişib.

Sabiq polis rəisi əməliyyatdan sonra reanimasiyaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Mətləb Rzayev 14 ildən artıqdır daxili işlər orqanlarından polkovnik rütbəsində təqaüdə çıxıb.

Yaxından tanıyanların dediyinə görə, 1947-ci il təvəllüdlü M.Rzayev gəncliyində Politexnik İnstitutunu, sonra Ali Partiya Məktəbini, daha sonra Moskvada Milis Akademiyasını bitirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru