Qazaxıstanın şimalında yerləşən Dubrovnoe kəndindən 62 yaşlı qadın yeni doğulmuş nəvəsini sobaya atıb.
İstiPress-in “Sputnik Kazaxstana” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə baş verən zaman uşağın anası doqquz yaşlı oğlu ilə birlikdə mağazaya gedibmiş və uşağı nənəsinin yanında qoyubmuş. Dükandan geri qayıdan oğlan bacısını sobanın içində tapıb.
Qatil qadını 20 ilə qədər həbs cəzası gözləyir. O, artıq həbs edilib və cinayət işi qaldırılıb. Yerli mətbuatın yazdığına görə, 62 yaşlı qadın uzun müddət içkidən əziyyət çəkirmiş. Amma qətldən öncə o, içkini atmaq qərarına gəlibmiş. Qadının uşağa aqressiv yanaşmasının səbəbi bilinmir.