Azərbaycanda icra nümayəndəsi və icra başçısının qardaşı oğlu qəzaya düşdü

9-11-2017, 20:35           
Azərbaycanda icra nümayəndəsi və icra başçısının qardaşı oğlu qəzaya düşdü
Şamaxıda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan biri Ağsu rayon İcra Hakimiyyəti başçısının qardaşı oğludur.

teref.az APA-nın yerli bürosuna istinadən xəbərinə görə, iki "Vaz" markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar “VAZ 21015”in sürücüsü Cavid Novruzov, sərnişini, 1984-cü il təvəllüdlü Comərdov Vüsal Çingiz oğlu, “VAZ 2107”nin sürücüsü Fərəc İsgəndərzadə və sərnişini, Ağsunun Pirhəsənli kənd sakini, Seyidəliyev Faqil Mirfazil oğludur. Onlar Şamaxı və Ağsu rayon Mərkəzi Xəstəxanalarına yerləşdiriliblər.

Qeyd edək ki, Fərəc İsgəndərzadə Ağsu rayon İcra Hakimiyyətinin Qaraqoyunlu kəndi üzrə icra nümayəndəsi, Faqil Seyidəliyev isə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin qardaşı oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru