Gəncə sakini ikinci dəfə bıçaqlanıb

10-11-2017, 08:22           
Gəncə sakini ikinci dəfə bıçaqlanıb
Gəncədə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1985-ci il təvəllüdlü Fariz Fazil oğlu Rəhimov bədənin çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. O əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, F. Rəhimov yaşadığı yerin yaxınlığında, şəhərin Atatürk prospektində bıçaqlanıb. Onun kim tərəfindən bıçaqlandığı hələ ki məlum deyil.

Məlumata görə, F. Rəhimov bundan əvvəldə bir dəfə bıçaqlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru