Şəkidə nənənin qız nəvəsi tərəfindən qətlə yetirilməsinin təfərrüatları...

12-11-2017, 20:47           
Şəkidə nənənin qız nəvəsi tərəfindən qətlə yetirilməsinin təfərrüatları...
Şəkidə 1938-ci il təvəllüdlü Nüvər İbrahimxəlil qızı Sadıqovanın qız nəvəsi tərəfindən qətlə yetirilməsinin təfərrüatları məlum olub.

"Report"un məlumatına görə, cinayəti törədən 30 yaşlı Reyhan Davudovadır.

O, ruhi xəstədir və xəstəliyi ilə bağlı bir neçə dəfə müalicə olunub. Hadisə baş verən vaxt R. Davudova evdə nənəsi ilə tək olub. O, ilk öncə nənəsini boğub, daha sonra çəkiclə qoca qadının başına bir neçə dəfə zərbə endirib.

R.Davudova qətli törətdikdən sonra taksiyə əyləşərək polis şöbəsinə gedib və törətdiyi cinayəti etiraf edib.

Nüvər Sadıqova dəfn edilib.

Onu da qeyd edək ki, yaxın günlərdə N. Sadıqovanın digər nəvəsinin toy mərasimi olacaqdı...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru