Prezidenti səfərdə müşahidə edən heyətin təyyarəsi hava limanında qalıb

13-11-2017, 18:58           

"Rusiya" xüsusi uçuş bölməsi operativ şəkildə təyyarəni əvəzləyib
Rusiya Prezident Administrasiyasının nümayəndə heyətinin Moskva şəhərindəki "Vnukovo" hava limanında prezident Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasındakı danışıqlara yollanmalı olduğu "Tu-204" təyyarəsi sıradan çıxıb. teref.az"Report"a istinadən xəbər verir ki, təyyarədə texniki nasazlıq aşkar edilib. Vəziyyəti şərh edən Rusiya Prezidenti İşlər İdarəsinin sözçüsü Yelena Krılova qeyd edib ki, bu cür hallarda təhlükəsizlik məsələsi başlıca rol oynayır.
"Hər təyyarə uçuşdan əvvəl diqqətlə yoxlanılır. İndi Kreml nümayəndələrini operativ şəkildə yeni təyyarə ilə təmin edəcəyik", - o deyib.

"Rusiya" xüsusi uçuş bölməsi operativ şəkildə təyyarəni əvəzləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru