AZAL-ın təyyarəsində olay - Stüardessa sərnişinin üstünə qaynar su tökdü (FOTO)

13-11-2017, 21:15           
AZAL-ın təyyarəsində olay - Stüardessa sərnişinin üstünə qaynar su tökdü (FOTO)
Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarədə qəribə hadisə yaşanıb.

Azxeber.com-un məlumatına görə, bu barədə ANS və Space TV-nin keçmiş əməkdaşı Tünzalə Rafiqqızı məlumat yazıb. O, 09:45-dəki İstanbul reysi ilə uçan təyyarədə stüardessanın onun üzərinə qaynar su tökdüyünü və baş verən hadisə zamanı yanıq xəsarətləri aldığını bildirib.

T.Rafiqqızının sözlərinə görə o bu hadisənin şokundan hələ də özünə gələ bilməyib: "Stüardessanın əlində qapağı açılan qaynar çaydan bir anda üstümə dağıldı və mən qəşəngcə bişdim. Az sonra o boyda təyyarədə yanığın üzərinə vurmağa bir dərman tapılmadı. Axırda hansısa sərnişinin oteldən götürdüyü diş pastası tapıldı, yaranın üstünə çəkdik"














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru