İtaliyada terror aktı hazırlayan qadın deportasiya edilib

14-11-2017, 09:12           
İtaliyada terror aktı hazırlayan qadın deportasiya edilib
Milan şəhərində yaşayan misirli qadın hüquq-mühafizə orqanları tərəfindən İŞİD terror qruplaşması ilə əlaqələrinin olduğu öyrənildikdən sonra ölkədən deportasiya edilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, qadın İŞİD ilə əlaqə yaradıb və onlardan onu Suriyaya keçirmələrini istəyib. Yaranan çətinliklərdən sonra o, bu plandan imtina edib və İtaliyada terror aktı törətmək istəyib.

Məlumata əsasən, qadının evində axtarışlar aparılıb və qadın Suriyaya getmək niyyətində olduğunu etiraf edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru