Bakıda görünməmiş fırıldaq: - İcarəyə götürdüyü maşını satdı

5-01-2018, 21:09           
Bakıda görünməmiş fırıldaq: - İcarəyə götürdüyü maşını satdı
Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib.

Dia.az Lent.az-a istinadən xəbər verir ki, 1954-cü il təvəllüdlü Dünyamalıyev Nizami Xəlil oğlu polisə müraciət edərək bildirib ki, keçən ilin aprelində tanışı Nəzərov Nəriman Aslan oğlu onun "Brilliance 530" markalı, 01 AB 047 dövlət qeydiyyat nişanlı avtomobilini icarəyə götürüb. Müəyyən müddətdən sonra avtomobilin icarəyə verilməsi ilə bağlı 1180 manat borc yaranıb və icarədar avtomobilin və pulun verilməsini tələb edib. Lakin məlum olub ki, N.Nəzərov icarəyə götürdüyü avtomobili başqa şəxsə satıb.

Nizami Dünyamalıyev ona dəyən ziyanın ödənilməsini tələb edib.

Araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru