Metroda dəhşətli hadisə - kişi özünü qatarın altına ataraq ÖLDÜRDÜ

9-01-2018, 00:06           

Bakıda metrosunda intihar hadisəsi baş verib

teref.az-nun apa-ya istinadən xəbərinə görə, hadisə 22:15 radələrində qeydə alınıb.

Belə ki, 20-25 yaşlarında kişi özünü qatarın altına atıb. Onun üzərində şəxsiyyətini təsdiq edən sənəd olmayıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev açıqlamasında bildirib ki, hadisə ilə əlaqədar qatarın "Ulduz" stansiyasından "Həzi Aslanov” stansiyasına hərəkətində 20 dəqiqəlik fasilə yaranıb.

Hazırda meyit çıxarılıb və qatarların hərəkətləri bərpa olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru