Nəvə nənəsini bir telefona qurban etdi — ABŞERONDAKI QƏTLİN TƏFƏRRÜATI

9-01-2018, 19:49           
Nəvə nənəsini bir telefona qurban etdi — ABŞERONDAKI QƏTLİN TƏFƏRRÜATI
Abşeron rayonunda 1951-ci il təvəllüdlü Seyidzadə Hocaxanım Məhəmməd qızı naməlum şəxs tərəfindən yaşadığı evdə bədən nahiyələrinə çoxsayılı bıçaq zərbələri vurularaq qətlə yetirilib.
“Ölkə.Az”-ın məlumatına görə, hadisə yerinə rayonun hüquq-mühafizə orqanları gəlib.

İlkin araşdırmalar zamanı məlum olub ki, H.Seyidzadəni 17 yaşlı nəvəsi Muradov Nihad Nicat oğlu öldürüb.
İsti izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində N.Muradov saxlanılıb. İlkin dindirmələr zamanı nəvə nənəsini öldürməyini etiraf edib. Belə ki, o, nənəsinə məxsus qızılları sataraq özünə telefon almaq istəyib ancaq H.Seyidzadə buna mane olub. Bu zaman 11-ci sinif şagirdi olan Nihad çoxsaylı bıçaq zərbələri ilə nənəsini qətlə yetirib. Sonra isə qızılları götürərək Bakıya gəlib və onları sataraq özünə telefon alıb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və 17 yaşlı yeniyetmə şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, 17 yaşlı Muradov Nihad Nicat oğlu qətlə yetirilənin qız nəvəsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru