"Atrabank"da müdhiş talanın üstü açıldı 107 saxta şirkət yaratmış iki nəfər həbs olundu

18-08-2015, 22:53           
"Atrabank"da müdhiş talanın üstü açıldı 107 saxta şirkət yaratmış iki nəfər həbs olundu
Vergilər Nazirliyi 2012-2014-cü illərdə mürəkkəb tərkibli cinayət əməlini törətməkdə şübhəli bilinən mütəşəkkil dəstənin aşkar edidiyi haqda məlumat yayıb. Bu qruplardakı 2 şübhəli şəxs barədə Turan 2014-2015-ci illərdə yazmışdı.

Vergilər Nazirliyi qeyd edir ki, qruplara “Atrabank”ın Nəsimi filialında vəzifəli şəxs olan Həsənağa Babayev və Səbuhi Qazıyev adlı şəxs başçılıq edib. Bu şəxslər 107 şirkət yaradıb. Onlar dövlət büdcəsindən 1 mln 270,8 min manat oğurlayıb.
9 nəfərlik mütəşəkkil qrupa Əlirza Kərimov və Elvin Cəmil oğlu Əsgərov daxil olub.

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti qrupa dövlət büdcəsinə 190 550 manatı ödətdirib, 363 987 manat məbləğində əmlak üzərinə həbs qoyulub. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Vergi cinayətində ittham olunan 9 nəfərdən 7-ə qarşı həbs qətimkan tədbiri seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru