“WhatsApp” bu funksiyasını yenilədi

12-03-2018, 22:33           
“WhatsApp” bu funksiyasını yenilədi
"WhatsApp” messencerinin tərtibatçıları məlumatların silinməsi funksiyasını müasirləşdiriblər.

Bundan sonra istifadəçilər göndərilən məlumatları 1 saat 8 dəqiqə ərzində digər kənar cihazlardan da silə biləcəklər.

Bundan əvvəl "WhatsApp”da məlumatları göndərildikdən sonra 8 dəqiqə yarımdan gec silmək mümkün deyildi. Ancaq akkaunt sahibləri bu qaydada da müəyyən yol tapıblar. İstənilən göndərilən məlumatı silmək üçün smartfonu oflayn rejimə keçirmək və ya haker proqramlardan istifadə etmək kifayətdir.

Yeni "WhatsApp” messencerinin beta versiyasını artıq yükləmək mümkündür.

lent.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru