Altay M. həkim otağında əl-üzünü yuyur və... tibb bacısına yumruq zərbələri endirir

13-03-2018, 20:29           
Altay M. həkim otağında əl-üzünü yuyur və... tibb bacısına yumruq zərbələri endirir
Rusiyanın Sankt-Peterburq şəhərində xəstəxanalardan birində azərbaycanlı pasiyent həkim otağına girib əl-üzünü yuduğu üçün ona irad bildirən tibb bacısını döyüb. Hadisə zamanı ağır dərəcəli xəsarət alan tibb işcisi neyrocərrahiyyə xəstəxanasına yerləşdirilib, onun döyülməsində şübhəli bilinən azərbaycanlı hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb

45 azərbaycanlı həmyaşıdı, xəstəxanada tibb bacısı işləyən Svetlana P.-nın iş otağında ona hücum çəkib.

Hadisə martın 10-da gecə saatlarında baş verib. Tibbi yardım üçün xəstəxanaya çatdırılan Altay M. həkimlər üçün nəzərdə tutulan otağa daxil olan kimi kranı açıb əl-üzünü yumağa başlayıb. Tibb bacısı Svetlana buna görə xəstəyə öz iradını bildirib, otaqda qoyulan əl-üz yuyanın yalnız xəstəxana işçiləri üçün nəzərdə tutulduğunu deyib.

Bu irada cavab olaarq Altay M. tibb bacısına hücum çəkərək onu yumruqla vurub, zərbənin təsirindən qadın müvazinətini saxlaya bilməyib yerə yıxılıb, başı şüşəyə çırpılıb.

Yaralını neyrocərrahiyyə şöbəsinə yerləşdiriblər. Ona beyin silkələnməsi və ağır dərəcəli kəllə beyin travması diaqnozu qoyulub.

Svetlananı döyməkdə təqsirləndirilən Altay M.qarşı cinayət işi açılıb, hazırda istintaq hərəkətləri davam etdirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.