Bakıda süpürgəçi qadını “KamAZ” vurdu – FOTO

28-03-2018, 20:13           

Ötən gün Bakının Sabunçu rayonu ərazisində süpürgəçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə məlumat verib.

O bildirib ki, dünən saat 18:00 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində “KamAZ” markalı maşın yolu keçən paytaxt sakini Cəmilə Salahovanı vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Aparılan araşdırmalar zamanı Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayev saxlanılıb.

Qeyd edək ki, ölən Cəmilə Salahovanın fotosu ilk olaraq sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru