Azərbaycanlı milyarderin qızıl dirəkləri oğurlandı

28-03-2018, 21:42           

Azərbaycanlı iş adamı Telman İsmayılova məxsus Antaliyanın Kundu bölgəsində yerləşən “Mardan Palace” oteli oğruların hədəfinə çevirilib.

Qaynarinfo Türkiyənin “Milliyət” qəzetinə istinadən xəbər verir ki, 2010-cu ildə “Dünyanın ən lüks hoteli” seçilən oteldə oğurluq hadisəsi baş verib. Belə ki, oğrular otelin qızılı rəngə boyanmış 10 dirəyini oğurlayıblar.

Hotelin qarətə məruz qalması təhlükəsizlik işçilərinin işdən çıxarılması ilə əlaqələndirilib.

Qeyd edək ki, sözügedən otelin dirəkləri bir müddət öncə də oğurlanmışdı. Həmin vaxt polis oğruları yaxalaya bilmişdi.

Onu da qeyd edək ki, 2009-cu ildə açılışı olan “Mardan Palace” otelinin tikintisinə 1.4 milyard dollar xərclənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru