Azərbaycanda daha bir rəzalət: 7-ci sinif şagirdi qardaşından hamilə qaldı

18-04-2018, 23:00           
Azərbaycanda daha bir rəzalət: 7-ci sinif şagirdi qardaşından hamilə qaldı
Hacıqabul rayonunda inanılmaz hadisə baş verib. Criminal.az saytının məlumatına görə, məktəbli qız qardaşından hamilə qalıb. Hadisə rayonun Meyniman kəndində baş verib.

Kənd məktəbinin 7-ci sinif şagirdi Sona Qədimova (ad-soyad şərtidir) ögey qardaşından 4 aylıq hamilədir. Onun hamilə olmasından, qarnının böyüməsindən sonra xəbər tutublar. Məlum olub ki, məktəbli qız ögey qardaşı ilə intim münasibətdə olub və ondan hamilə qalıb.

Meyniman bələdiyyəsinin sədri Vəli Ələkbərov bildirib ki, hadisə barədə 4 gün əvvəl xəbər yayılıb. Bacısı ilə intim əlaqədə olan qardaşın anası bir neçə il əvvəl dünyasını dəyişib. İntim əlaqədə olan qız onun ögey bacısıdır. O, bir müddət əvvəl hərbi xidməti başa vurub.

Hacıqabul rayon Polis Şöbəsindən bildirildi ki, bacısı ilə intim əlaqədə olan qardaş artıq həbs edilib. Cinayət işinin istintaqını prokurorluq aparır.(Criminal.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.