Bakıda yük avtomobili 3 piyadanı vurdu

19-04-2018, 09:33           

Bakının Suraxanı rayonunda 3 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, 21 yaşlı Orucov Hüseyn Mehman oğlu, 24 yaşlı Həsənova Türkanə Mehman qızı və 19 yaşlı bacısı Həsənova Turanə Mehman qızı Səttar Bəhlulzadə küçəsində yolu keçmək istəyən zaman onları naməlum markalı yük avtomobili vurub.

Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.



Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. İlkin ehtimala görə, hadisəyə səbəb kimi sürücünün yuxulaması və qəfil qarşısına çıxan piyadaları görməməsi göstərilir.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru