Bakıda 6 yaşlı qıza qarşı valideynlərindənİYRƏNC ƏMƏL

21-04-2018, 01:14           

Balaca Xatirə hələ körpə yaşlarından valideyinləri tərəfindən dilənçiliyə məcbur edilib. Qızcığaz deyir ki, evə az pul aparanda valideynləri ona işgəncə veriblər. 6 yaşlı Xatirə həm ailəsini dolandırır, həm də iki körpə qardaşına baxırmış. Üstəlik, ev işlərini də görürmüş.

teref.az bildirir ki, bədənində yanıq izləri və zorakılıq əlamətləri olan Xatirə Bakının Nizami rayonundan tapılıb. 10 gündür sığınacaqda yaşayır. Deyir ki, evinə qayıtmaq istəmir.

Xatirə Ağstafanın Poylu kəndindən olduğunu, hazırda Bakıda kirayə yaşadıqlarını bildirir. Sığınacağa gətirilərkən üzərində 11 manat xırda pul olub. Azərbaycan Uşaqlar Birlyinin sədri Kamala Ağazadə deyir ki, Xatirə güclü zəkaya malik məntiqli uşaqdır. Sağlamlığı ilə bağlı heç bir problem yoxdur.

Xatırənin anasının adı Nuranə, atasının adı isə Suracdır. Məsələ hüquq-mühafizə orqanlarının nəzarətindədir. /xezerxeber.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru