Türkiyənin qərarının ardınca Jirinovskidən təklif

21-04-2018, 11:03           

Rusiya da Türkiyə kimi ABŞ-dan öz qızıl ehtiyatlarını çıxarmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri öz Teleqram səhifəsində Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski paylaşıb.

“Türkiyənin öz qızıl ehtiyatlarını ABŞ-dan çıxarmasını yalnız alqışlamaq olar. Biz də bunu etməliyik. Hazırda Rusiya ABŞ-ın dövlət borcu istiqrazlarının 90 milyard dollarlıq hissəsinə sahibdir. Ümumilikdə Rusiyanın ABŞ-a yatırımı 400 milyard dollardır”, – deyə o bildirib.

Qeyd edək ki, Türkiyə ABŞ FES-dəki 220 ton qızılını ölkəyə gətirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru