Üç yaşlı uşaq hamilə anasını güllələdi

21-04-2018, 13:05           

ABŞ-da üç yaşlı qız təsadüfən yeddi aylıq hamilə olan anasını güllələyib.

7news.Az "ABC News”a istinadla xəbər verir ki, hadisə İndiana ştatının Merrivill şəhərində baş verib.

Uşaq bir yaşlı qardaşı ilə avtomobilin arxa oturacağında əyləşib. Qızın atası Menzo Braxiyer mağazaya girmək üçün avtomobildən enib. Ancaq bu zaman onun silahı avtomobildə qalıb. Uşaq silahı götürüb və tətiyi çəkib.

Güllə qarşı oturacaqda əyləşən ananın sağ çiyninə dəyib.

Xoşbəxtlikdən əməliyyat uğurla başa çatıb. Qızın atasına qarşı səhlənkarlıq ittihamı irəli sürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru