Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası başa çatacaq.
“Report”un xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçiriləcək prosedə hökm oxunacaq.
Məhkəmə prosesindən əvvəl jurnalistlər barəsində həbs qətimkan tədbiri seçilməyən general Natavan Mirvətovaya yaxınlaşıb.
"Report"un xəbərinə görə, N.Mirvətova jurnalistlərə açıqlama verməkdən imtina edib, o, danışmaq istəmədiyini söyləyib.