MTN-in iki əməkdaşı məhkəmə zalından azadlığa buraxılıb

23-04-2018, 17:54           
MTN-in iki əməkdaşı məhkəmə zalından azadlığa buraxılıb
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşları, Elşad Əzizov, Fərhad Atayev, general Natavan Mirvətova və digərlərinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Elşad Əzizov və Fərhad Atayevə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Barəsində həbs qətimkan tədbiri olmayan Natavan Mirvətovaya da barəsində 5 il sınaq müddəti olmaqla şərti cəza verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru