Azərbaycanda tarixi abidəyə zərər vurulub - RƏZALƏT
26-04-2018, 11:06
XIV-XV əsrin yadigarı Diri Baba türbəsinə 2018-ci ilin 11 fevralında divan tutulub.
"Miras" İctimai Birliyinin sədri Fariz Xəlilinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, türbədəki onlarla döşək, xalça və digər əşyalar yandırılıb. Şəbəkələr sındırılıb.