Direktor və müəllimlərin işə qəbul qaydaları YENİLƏNƏCƏK

26-04-2018, 13:24           

“Bu il məktəb direktorlarının və müəllimlərin işə qəbul qaydalarında yeniliklər olacaq”.

Bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, müəllimlərin işə qəbul qaydaları ilə bağlı layihə hazırlanıb, qaydalarda yeniliklərin tətbiqi planlaşdırılır: "Müəllimlərin işə qəbul qaydaları növbəti həftələrdə təsdiq olunacaq. Layihə təsdiqləndikdən sonra əlavə məlumat veriləcək".

E.Bağırov qeyd edib ki, bu il məktəb direktorlarının işə qəbulu ilə bağlı müsabiqənin keçirilməsi də nəzərdə tutulub: "Direktorların işə qəbulu qaydalarında da dəyişikliklər ediləcək. Lakin hələlik qaydalar hazır deyil". (apa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru