Azərbaycanda yarımçıq qarət: Bankomatı doğradı, pulları çıxara bilmədi

26-04-2018, 17:14           

Dünən saat 02 radələrində Qazax rayonunda bankomata müdaxilə edən şəxs tutulub.
Lent.az xəbər verir ki, Ağköynək kənd sakini 1990-cı il təvəllüdlü Zeynalov Ziyaddin Surxay oğlu Qazax şəhərinin H.Əliyev prospektində yerləşən “Beynəlxalq Bank” ASC-yə məxsus bankomata kustar üsulla müdaxilə etməklə onu yararsız hala salaraq 2 ədəd yaddaş kartını oğurlaıb. O, həmçinin bankomatdan oğurluğa cəhd edib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Z.Zeynalov saxlanılaraq sonrakı araşdırmalar aparılması üçün Qazax RPŞ-yə təhvil verilib. Baş vermiş hadisə zamanı bankomatda saxlanılan pul əskinaslarına ziyan dəyməyib.

Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru