Dərbənddə xüsusi əməliyyat zamanı 11 İŞİD tərəfdarı məhv edilib

27-04-2018, 00:43           
Dərbənddə xüsusi əməliyyat zamanı 11 İŞİD tərəfdarı məhv edilib
Dağıstanın Azərbaycanla həmsərhəd Dərbənd şəhərində 23-24 aprel tarixlərində keçirilmiş xüsusi əməliyyat zamanı İŞİD terror qruplaşmasının 11 tərəfdarı məhv edilib. APA-nın “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir.

Məlumata görə, məhv edilən şəxslər Dağıstan ərazisində hüquq-mühafizə və hakimiyyət orqanlarının işçilərinə silsilə rezonanslı sui-qəsdlər planlaşdırıbmışlar.

Qeyd olunan tarixdə ərazidə antiterror əməliyyatı rejimi tətbiq edilib. Saxlanılan zamanı silahlı müqavimət göstərmiş İŞİD tərəfdarı cavab atəşi ilə məhv ediliblər. Onların üzərindən xeyli sayda silah-sursat götürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru