Moskva üzərində iki təyyarəni ildırım vurdu

27-04-2018, 23:33           

Moskvanın “Şeremetova” aeroportundan havaya qalxan iki təyyarəni ildırım vurub.

Oxu.Az xəbər verir ki, bununla bağlı “İnterfaks” məlumat yayıb.

Məlumatlara görə, “Bombardier” və “Airbus A320” təyyarələrinin komandirləri bir saat fərqlə havaya qalxdıqları zaman baş verən hadisə ilə bağlı aeroportu məlumatlandırıblar. Onlardan biri uçuşu yarımçıq dayandırıb və aeroporta geri dönüb.

“Bombardier” təyyarəsi Moskva-Münhen reysini yerinə yetirirmiş. Hadisədən sonra təyyarənin komandiri geri dönmək üçün icazə istəyib”, – məlumatda deyilir.

“Airbus A320” təyyarəsinə ciddi ziyan dəyməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru