Səudiyyə Ərəbistanının Yəmənə endirdiyi hava zərbələri nəticəsində bir neçə husi lideri öldürülüb

28-04-2018, 09:31           
Səudiyyə Ərəbistanının Yəmənə endirdiyi hava zərbələri nəticəsində bir neçə husi lideri öldürülüb
Səudiyyə Ərəbistanının ərəb koalisiyasındakı qırıcılarının Yəmənə endirdiyi hava zərbələri nəticəsində bir neçə husi lideri öldürülüb.

"Report" xəbər verir ki, bu barədə "Sabk" internet nəşri bildirib.

Məlumata görə, Səudiyyə Ərəbistanı Yəmənə, husilərin hərbi obyektlərinə azı 10 hava zərbəsi endirib. Bombardmanlara husilərin ölkənin paytaxtından şimalda, Daxili İşlər Nazirliyi yaxınlığındakı Ən-Nədjda hərbi düşərgəsi, siyasi kəşfiyyat ofisi, əs-Sabiində hökumət evi məruz qalıb.

Bombardmanlar nəticəsində bir neçə insan həlak olub. Onların arasında husi liderləri də var. Ölənlərdən biri Səudiyyə Ərəbistanının şərti olaraq 36 nömrə ilə axtardığı Əbdül Hakim əl-Hayvani də var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru