Ukraynada üç azərbaycanlı silahlı hücumda şübhəli bilinərək saxlanılıb

30-04-2018, 12:20           
Ukraynada üç azərbaycanlı silahlı hücumda şübhəli bilinərək saxlanılıb
Ukraynanın Odessa vilayətində üç azərbaycanlı yerli sakinlərdən ibarət qrupa silahlı hücum etməkdə şübhəli bilinərək saxlanılıb.

Bu barədə "Report" "Unian.net" portalına istinadən xəbər verir.

Ukrayna Milli Polisinin Odessa vilayəti üzrə Baş İdarəsindən verilən məlumata görə, münaqişə dünən gecə yaranıb. Belə ki, vilayətin Belqorod-Dnestr rayonunda yerləşən restoranlardan birində 6 nəfər gənclə "Kərim" ləqəbli xarici sahibkar arasında söz atışması olub. Bundan sonra "Kərim" tanışlarına bu işlə məşğul olmağı tapşırıb və növbəti səhər həmin o 6 gəncdən biri onlarla yerli bazarın yanında görüşüb.

Təxminən səhər saat 7-də üç nəfər bazara gələrək gənci travmatik silahla vurub, eləcə də soyuq silahdan istifadə edib. Nəticədə gənc döş qəfəsindən iki kəsici-deşici bıçaq yarası və 9 güllə yarası alaraq xəstəxanada ölüb. Şübhəlilər hadisə yerindən qaçaraq gizlənməyə müvəffəq olublar.

Amma sonradan Odessa şəhərinin kənarında keçirilən xüsusi əməliyyat çərçivəsində onlar "7-ci km" sənaye malları bazarı ərazsində, gizləndikləri binanın damında saxlanılıblar. Şübhəlilərin hər üçü azərbaycanlıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.