Ermənistanda yeni baş nazir seçiləcək 1-05-2018, 08:33 Ermənistan parlamenti mayın 1-də ölkənin yeni baş nazirini seçəcək.Trend-in məlumatına görə, məsələ qanunverici orqanın xüsusi iclasında müzakirəyə çıxarılacaq.Baş nazir vəzifəsinə yeganə namizəd Nikol Paşinyandır. Onun namizədliyi müxalif “Yelk” partiyası tərəfindən irəli sürülüb.Qeyd edək ki, Paşinyan ölkədə aprelin 13-dən davam edən kütləvi etiraz aksiyalarına rəhbərlik edir. Facebook-da paylaş