Axund məsciddə oğurlanan dollarlardan danışdı

1-05-2018, 22:13           
Axund məsciddə oğurlanan dollarlardan danışdı
Xəbər verdiyimiz kimi, Masallı rayonu Bədəlan kəndinin Aşurlu məhəlləsində yerləşən məsciddən 2300 manat, 1300 ABŞ dolları, 16400 rus rublu oğurlanıb.

Məlumat yayımlandıqdan sonra, sosial şəbəkələrdə oğurlanan dollar və rus pullarının məscidə haradan gəldiyi müzakirə mövzusu olub.

Dia.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a məscidin imamı Məhərrəməli Rəhmanov açıqlamasında bildirib ki, oğurlanan dollar və rus rubulu məscidin təmiri üçün yığılan vəsait olub. "Hazırda məsciddə təmir işləri gedir. Rusiyada yaşayan kənd sakinlərimiz məscidin təmiri üçün pul göndərdilər. Həmin pullar da rubl və dollar idi. Göndərilən pulla məscidi təmir etdirmək niyyətimiz var idi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru