Seçkilərdə Elton Məmmədov müəmması...

16-09-2015, 15:16           
Seçkilərdə Elton Məmmədov müəmması...
Bu il keçiriləcək parlament seçkiləri ilə bağlı sürprizlərdən biri də Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun seçkidə namizəd olub-olmaması məsələsidir.

“Qafqazinfo” xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasının dünən açıqladığı namizəd siyahısında E. Məmmədovun 2010-cu ildə deputat seçildiyi 91 saylı Ucar seçki dairəsindən Hüseynov Vüsal Əfqan oğlunun namizədliyi irəli sürülüb. Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən E. Məmmədov isə hələ namizədliyini irəli sürmədiyini deyib. “Deputatlığa namizədliyimi irəli sürüb-sürməməklə bağlı hələ qərar verməmişəm”.

Xatırladaq ki, son vaxtlar hakimiyyət rəhbərliyində Məmmədovlara qarşı münasibətin dəyişməsi, Z. Məmmədovun işdən çıxarılacağı ilə bağlı informasiyalar yayılıb. Bu xəbərlər E. Məmmədovun yenidən deputat seçilməyəcəyi haqda da ehtimallara əsas verir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.