Gəncədə söyüş söyülməsinə etiraz etdi - QƏTLƏ YETİRİLDİ

8-07-2018, 00:56           

Gəncə şəhərində kütləvi dava zamanı törədilən qətldə iştirak edən İbrahimov Valeh Əli oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report”a istinadən xəbər verir ki, hakim Zabil Qasımovun sədrliyi ilə Gəncə Ağır Cinayətlər Məhkəməsində keçrilən prosesdə təqsirləndirilən şəxsə höküm oxunub.

Məhkəmənin qərarı ilə V.İbrahimov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2015-cı ilin avqustun 3-də Gəncə şəhər, Nizami küçəsində düşən kütləvi dava zamanı, Gəncə şəhər sakini, Mustafayev Firdovsi Elşad oğlu 3 dostu ilə birgə, Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Zeynalov Niyaməddin Nağı oğlunu bıçaqlayaraq qətlə yetirib. Həmin cinayətdə iştirak edənlərdən biri də V.İbrahimov olub. Hadisəyə səbəb isə bu dostların bərkdən söyüşlə danışmasına N.Zeynalovun irad bildirməsi olub.

V.İbrahimov Cinayət Məcəlləsinin 120.2.1 (Bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.