Şəmkirdə yanğın yenidən gücləndi

8-07-2018, 01:20           

Şəmkirdə meşə massivinə yaxın ərazidə baş vermiş yanğın küləkli hava şəraiti səbəbindən yenidən güclənib.
teref.az Report.az-a istinadən xəbər verir ki, hazırda Yastı meşə zolağına yaxın ərazidə baş vermiş yanğın 150 hektardan çox ərazini əhatə edir.

Öncə yanğın məhdudlaşdırılsa da, küləkli hava şəraiti kol-kos və quru ot sahəsində alovun genişlənməsinə səbəb olub. Hazırda meşə istiqamətinə doğru genişlənən yanğının söndürülməsi istiqamətində bir sıra işlər görülür.

Qeyd edək ki, yanğın baş vermiş əraziyə, ətraf rayon və şəhərlərdən yanğınsöndürən maşınlar köməyə cəlb olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru