Şəki Əsəb Xəstəlikləri Dispanserində xəstə özünü ikinci mərtəbədən yerə atıb

8-07-2018, 23:25           

Bu gün günorta saatlarında Şəki Əsəb Xəstəlikləri Dispanserinə müalicəyə gətirilmiş rayonun Böyük Dəhnə kənd sakini 1980-ci il təvəllüdlü Şahmar Məmmədsaleh oğlu Osmanov dispanserin ikinci mərtəbəsində pəncərəni sındıraraq özünü yerə atıb.



APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan Şahmar Osmanov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.



MRX-dan APA-ya bildirilib ki, Şahmar Osmanova sol qolun dirsək nahiyəsinin açıq sınığı və başın alın nahiyəsinin cırılmış yarası diaqnozu qoyulub. Şahmar Osmanova lazımi tibbi yardım göstərildikdən sonra Şəki Əsəb Xəstəlikləri Dispanserinə geri göndərilib.



Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru