Paşinyanın oğlu silah götürüb Azərbaycana gəlir

8-07-2018, 23:54           
Paşinyanın oğlu silah götürüb Azərbaycana gəlir
Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot iyulun 9-da hərbi xidmətə yola düşəcək. Publika.az xəbər verir ki, bu haqda Ermənistanın İctimai televiziya şirkətinin informasiya xidmətinin direktoru Vaaqn Tevosyan Feysbuk səhifəsində yazıb.

Daha əvvəl Nikol Paşinyan erməni ictimaiyyəti qarşısında bəyan edib ki, oğlu Aşot Paşinyan hərbi xidməti Azərbaycanın işğal altındakı ərazisində – Qarabağda keçəcək. Öz növbəsində, Aşot Paşinyan deyib ki, o, Qarabağda hərbi xidməti keçməyə qərar verib. Aşot Qarabağda hərbi xidmət keçmək üçün müvafiq ərizə yazdığını söyləyib.

Ermənistanın baş naziri oğlunu digər dövlətin ərazisinə – Azərbaycanın Qarabağ bölgəsinə hərbi xidmətə göndərməklə ölkəsinin işğalçı olduğunu bir daha təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru