ABŞ-da partlayış: yaralananlar var

11-07-2018, 08:08           
ABŞ-da partlayış: yaralananlar var
ABŞ-ın Viskonsin ştatında partlayış baş verib.

Trend-in KİV-lərə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində yaralananlar var.

Medison şəhəri yaxınlığında baş verən hadisə nəticəsində bir neçə nəfər xəstəxanaya yerləşdirilib. Ölənlər barədə məlumat verilmir. Hadisə yerində yanğın baş verib.

TMJ-4 telekanalının məlumatına görə, partlayışa qaz sızıntısı səbəb olub. Bir neçə binaya ciddi ziyan dəydiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru