Bakıda işdən qovulan bağbandan DƏHŞƏTLİ QİSAS

16-07-2018, 07:48           
Bakıda işdən qovulan bağbandan DƏHŞƏTLİ QİSAS
Hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib.

Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin 6-cı tağımın əməkdaşları Mərdəkan qəsəbəsində xidmətdə olarkən “Range Rover” markalı avtomobilin sürücüsünün özünü şübhəli aparması onların diqqətini çəkib.

Yol Polis əməkdaşları maşına saxla əmri veriblər, lakin sürücü hərəkəti davam etdirib. Yaradılan süni tıxacın köməkliyi ilə “Range Rover”i saxlamaq mümkün olub. Avtomobilə yaxınlaşan polis əməkdaşları dəhşətli səhnənin şahidi olublar. Maşında qan içində iki nəfər olub. Sürücü dərhal saxlanılıb.

Maşında olan yaralılardan qadının öldüyü müəyyən edilib. Ağır vəziyyətdə olan 72 yaşlı Arzu Şuşalı Məmməd oğlu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağlr kimi qiymətləndirib.

Araşdırmalar zamanı məlum olub ki, Arzu Şuşalını ağır yaralayıb, həyat yoldaşını qətlə yetirən bağlarında işləyən bağbandır. Ev sahibi bağbanı işdən azad etdiyini bildirəndə o məlum hadisəni törədib, daha sonra onları öz avtomobilləri ilə aparıb meyitlərini gizlətmək istəyib.

Faktla əlaqədar Xəzər rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır (Report).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru