Mingəçevirdə avtomobil tərəfindən vurulan yaralıllardan biri dünyasını dəyişib - FOTO

16-07-2018, 08:38           
Mingəçevirdə avtomobil tərəfindən vurulan yaralıllardan biri dünyasını dəyişib - FOTO
Yaralı piyadalardan biri xəstəxanada keçinib.

"Report”un Şirvan bürosu xəbər verir ki, şəhərin bayraq meydanında avtomobil tərəfindən vurularaq ağır xəsarət almış 1986-cı il təvəllüdlü şəhər sakini Hüseynova Gülnar Zülfüqar qızının həyatını həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.

O xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə şəhərin bayraq meydanında baş vermişdi. Belə ki, iyulun 15-i axşam saatlarında yolu keçmək istəyən bir ailənin dörd üzvünü maşın vuraraq ağır xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

****

Mingəçevirdə piyadaların vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə bayraq meydanında baş verib.

Belə ki, “Mercedes” markalı maşın yolu keçmək istəyən 4 piyadanın vurub. Onlardan ikisi qadın biri kişi biri isə azyaşlı körpəsi. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktlla bağlı araşdırma aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru