Vaşinqtonda casusluqda şübhəli bilinən rusiyalı qadın saxlanılıb

17-07-2018, 08:13           
Vaşinqtonda casusluqda şübhəli bilinən rusiyalı qadın saxlanılıb
Vaşinqtonda casusluqda şübhəli bilinən Rusiya vətəndaşı Mariya Butina saxlanılıb.



APA-nın xəbərinə görə, ABŞ Ədliyyə Nazirliyinin müvafiq məlumatını “ABC News” telekanalı yayıb.



ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, 29 yaşlı M.Butina “Amerika siyasətinə təsir etmək imkanına malik təşkilatlara daxil olmağa çalışıb”.



İyulun 15-də saxlanılan M.Butina ABŞ sanksiyalarının tətbiq edildiyi rusiyalı məmura işləməkdə ittiham edilir.



Həmin məmurun kimliyi açıqlanmasa da, onun əvvəllər deputat olduğu, hazırda isə Rusiya Mərkəzi Bankında yüksək vəzifədə çalışdığı qeyd olunur. ABŞ Maliyyə Nazirliyi ona qarşı sanksiyalar tətbiq edib.



Mariya Butina qeyd olunan ittiham üzrə 5 il həbs cəzasına məhkum edilə bilər.



Məhkəmə iclası iyulun 18-nə təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru