Ermənistanda hərbi xidmətdən yayınmaq üçün saxta sənəd düzəldən qrup ifşa edilib

17-07-2018, 11:01           
Ermənistanda hərbi xidmətdən yayınmaq üçün saxta sənəd düzəldən qrup ifşa edilib
Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkədə hərbi xidmətdən azad ollmaq və ya möhlət alma üçün tətbiq edilən korrupsiya sxemini ifşa edib.

Ermənistan KİV-i xəbər verir ki, bu məlumatı ölkə Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibliyi yayıb.

Bildirilib ki, çağırışıçılar korrupsiya yolu ilə saxta tibbi sənəd əsasında hərbi xidmətdən yayınıb və möhlət alıblar.

Bu və başqa bu saxtakarlıqda sxemin əsas fiquru həkim Aramais Sanoyan olub.

Ermənistan Müdafiə Nazirliyinin respublika çağırış məntəqəsinin keçmiş hərbçisi Kolya Kosakyan əməkdaşlar və həkimlər arasındakı əlaqələrindən istifadə edərək, saxta tibbi sənəd üçün 14 min dollar məbləğində rüşvət alıb. Bu cinayətdə Qeqarkunik vilayətinin hərbi komissarı Qarik Arakelyan və Aramais Sanosyan əlbir işləməkdə şübhəli bilinir. Hadisə ilə bağlı onların hər üçünə qarşı ittiham irəli sürülb.(“Report”)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru