ABŞ-da iki təyyarə havada toqquşub, ölənlər var

18-07-2018, 07:32           
ABŞ-da iki təyyarə havada toqquşub, ölənlər var
ABŞ-ın Florida ştatında iki kiçik mühərrikli təyyarə toqquşub.



APA-nın məlumatına görə, bu barədə CBS telekanalı xəbər verib.



Hadisə nəticəsində 3 nəfər ölüb. Mayami beynəlxalq hava limanının ərazisindəki təlim aerodromundan havaya qalxan təyyarələr havada toqquşub. Xilasedicilər aerodromdan 15 km aralıda hər iki təyyarənin qalıqlarını və 3 nəfərin meyitini aşkarlayıblar.



ABŞ Federal Aviasiya İdarəsi (FAİ) faktla bağlı araşdırma aparır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru