Rusiyada bir sutkada 56 min hektar meşə yanıb

19-07-2018, 07:52           
Rusiyada bir sutkada 56 min hektar meşə yanıb
Rusiyanın Uzaq Şərq regionunda meşə yanğınları son sutka ərzində 56 minə yaxın hektar meşə sahəsini məhv edib.



APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, ümumilikdə bölgədə 164 yanğın ocağı qeydə alınıb. Yakutiyada 112, Maqadan vilayətində - 42, Xabarovsk diyarında – 9, Saxalin vilayətində isə 1 meşə yanğını qeydə alınıb. Son sutka ərzində 25 yeni yanğın ocağı əmələ gəlib, 8-i söndürülüb. Sutka ərzində alov 55,8 min hektar meşə sahəsini məhv edib.



Yakutiyanın bütöv meşə ərazilərində fövqəladə vəziyyət rejimi, 8 rayonda isə yanğına qarşı xüsusi rejim tətbiq edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru