Xankəndində Paşinyan və Tonoyanın oğullarına icarəyə ev axtarılır... - “Hərbi xidmət” üçün...

20-07-2018, 11:48           
Xankəndində Paşinyan və Tonoyanın oğullarına icarəyə ev axtarılır... - “Hərbi xidmət” üçün...
Bu yaxınlarda hərbi xidmət keçmək üçün Azərbaycanın işğal altındakı torpaqlarına yollanmış işğalçı Ermənistanın baş naziri Nikol Paşinyan və müdafiə naziri David Tonoyanın oğulları üçün Xankəndində icarəyə ev axtarıldığı haqda xəbərlər yayılıb.

Moderator24.com yazır ki, bu haqda Hayeli.am saytı məlumat verib. Mənzil axtarılmasından məqsəd yüksək çinli dövlət məmurlarının övladlarının Qarabağda “təhlükəsiz xidmət” keçməsinə şərait yaratmaqdır.

Ermənistan Müdafiə Nazirliyi mətbuat katibi Artsrun Ovannisyan “Facbook” səhifəsində bu xəbərlərə reaksiya verib. “Cənablar siz, yumşaq desək, mənəviyyatsız bir addım atmısız. Yəqin, sizə görə bu, normal haldır...”-deyə nazirlik rəsmisi yazıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru