Polisdəki həmkarımızdan bayram təbriki

20-07-2018, 13:26           
Polisdəki həmkarımızdan bayram təbriki
Teref.az - Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov media nümayəndələrinə 22 İyul - Milli Mətbuat Günü münasibətilə təbrik ünvanlayıb. DİA.AZ-a daxil olan təbrikin mətnində deyilir:

"Əziz həmkarlar!

Azərbaycan Milli Mətbuat Günü münasibətilə Sizi təbrik edirəm. Sizin hər birinizə şərəfli və son dərəcə məsuliyyətli işinizdə yeni-yeni uğurlar diləyirəm. Sizin Azərbaycan polisinə olan diqqətinizi, bizimlə əməkdaşlığa verdiyiniz önəmi, hüquq qaydasının - yol hərəkəti təhlükəsizliyinin təbliğatında xidmətlərinizi yüksək qiymətləndirir və təqdir edirəm.

Sizi bir daha təbrik edir, Vətənimiz Azərbaycanın daha da çiçəklənməsinə yönələn yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".

Teref.az olaraq biz də öz növbəmizdə polis sistemindəki ən böyük dostlarımızdan biri olan və eyni zamanda həmkarımız kimi qəbul etdiyimiz Vaqif Əsəadova ən xoş arzularımızı çatdırır, diqqətinə görə təşəkkürümüzü bildirir və ümumi bayramımız münasibətilə təbrik edirik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru