Trampın igamətgahının üstündə təyyarənin qarşısı alınıb - Ağ Ev

23-07-2018, 06:01           
Trampın igamətgahının üstündə təyyarənin qarşısı alınıb - Ağ Ev
ABŞ prezidenti Donald Trampın iqamətgahının üstündə uçan təyyarənin qarşısı alınıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Ağ Evin mətbuat katibinin müavini Lindsi Uolters deyib.

Qeyd olunur ki, şənbə günü Nyu-Cersi ştatında Trampın igamətgahı rayonunda uçuşsuz zona adlanan əraziyə daxil olan kiçik təyyarənin qarşısı alınması üçün havaya F-16 qırıcıları qaldırılıb.

Uoltersin sözlərinə görə, görülən tədbirlər bu cür vəziyyətdə tətbiq olunan standart praktikadır: "Təyyarənin pilotu sorğu-sual edilir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru