Gürcüstanda polisin qətlə yetirdiyi oğru azərbaycanlıdır

23-07-2018, 20:13           
Gürcüstanda polisin qətlə yetirdiyi oğru azərbaycanlıdır
Bu gün səhər saatlarında Gürcüstanın Poti şəhərində ödəmə terminalını qarət edərkən polis tərəfindən qətlə yetirilmiş şəxsin kimliyi müəyyən olunub.

APA-nın yerli bürosunun məlumatına görə, həmin şəxs 20 yaşlı Nazim Quzanovdur.
N. Quzanova atəş açmış polis əməkdaşı saxlanılıb.

Gürcüstanın Baş prokurorluğu insidentlə bağlı istintaqa başlayıb.

N. Quzanov əvvəlki illərdə oğurluq, xuliqanlıq, polisə tabe olmamaq və marixuanadan istifadəyə görə dəfələrlə saxlanılıb.

Qeyd edək ki, Potidə baş vermiş insident zamanı N. Quzanov polis əməkdaşlarına təslim olmayaraq, onlara fiziki müqavimət göstərib. Qarşıdurma nəticəsində polis əməkdaşı ona atəş açaraq baş nahiyəsindən ölümcül yaralayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru